Prokurorluq Qəbələ sakininin ölümü ilə bağlı məlumat yaydı
- 21-07-2020, 10:55
- 1 329
Qəbələ rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilmişdir.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.