Qusarda yük avtomobili yanıb

Hadisə

Qusar rayonu, Suvacal kəndində vətəndaşa məxsus “UAZ” markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyimiz xəbərə görə, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.