Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu
- 6-07-2020, 10:17
- 1 229
Hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb.
Dəmir yolunu keçən “ATECO” markalı yük maşınını qatar vurub. Nəticədə, sürücü ağır xəsarət alıb. Yaralı sürücü qolunun travmatik amputasiyası vəziyyətində təcili təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma aparılır.