Bakıda dayə işlədiyi evdən oğurluq etdi
- 25-06-2020, 11:26
- 1 545
Vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.
Faktla bağlı araşdırmalar aparılır.