Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
- 23-06-2020, 17:55
- 1 332
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nadir Hacıyevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürüblər.
Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.