Şəkidə narkotik vasitələr becərən şəxs saxlanıldı - FOTO
- 19-06-2020, 11:30
- 1 045
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı H. Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılmış və kökündən çıxarılaraq kənara qoyulmuş ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.