Meşədə çətənə əkən şəxs saxlanıldı
- 18-06-2020, 11:13
- 996
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yasab kənd sakini Nadik Məmmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan N.Məmmədov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm-ə qədər olan 52 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.