Xaçmazda narkotik becərən şəxs saxlanıldı - FOTO
- 17-06-2020, 10:26
- 1 074
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayonun Xudat şəhər sakini Rüstəm Fətəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Rüstəm Fətəliyev həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.