Dağıstan polisi sərhəddə toplaşan azərbaycanlılara atəş açdı - ŞOK

Hadisə

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşları ilə Dağıstan polisi arasında qarşıdurma videosu yayılıb.

Ölkəyə qayıtmaq üçün Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhədində toplaşıb.

Azərbaycan vətəndaşları 2 aydan çoxdur faktiki olaraq küçədə qalıblar.

Videoda polis kütləni dağıtmaq üçün bir neçə dəfə atəş açır.

Xəsarət alanlar və hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur.