Şəkidə evdən qızıl oğurlayan şəxs saxlanılıb
- 12-06-2020, 12:04
- 2 078
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb. Oğurladığı qızılların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı ŞRPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.