Yol polisini maşın vurdu
- 10-06-2020, 13:39
- 1 504
Rayonun Yenikənd kəndi ərazisində minik maşınına “saxla” işarəsi verən zaman DYP əməkdaşı, polis serjantı, 29 yaşlı Orxan İbrahim oğlu Həsənovu “VAZ-2107” markalı minik maşını vurub.
Xəsarət alan polis əməkdaşı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Diz qapağından xəsarət alan O.Həsənova tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Hadisəni törətməkdə təqsirli bilinən rayonun Kürsəngi kənd sakini olan sürücü tapılaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.