Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib
- 4-06-2020, 12:45
- 1 070
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən “Naqan” markalı tapança, “İJ” markalı yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.
Araşdırma aparılır.