QUBADA POLİSLƏR VƏTƏNDAŞIN KÖMƏYİNƏ VAXTINDA ÇATDILAR
- 28-05-2020, 12:02
- 1 107
Baş verən yanğın hadisəsinə ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Şöbə əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonlarından, eləcə də sudan istifadə edərək yanğının qarşısını vaxtında alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.