AZZA-nın satıcısı oğurluq etdi
- 11-05-2020, 16:03
- 1 188
AZZA şirniyyat evinin direktoru Rəhman Abdurrəhmanov Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Xəqani küçəsində şirkətə məxsus mağazadan 600 manatlıq ərzaq məhsulu oğurlanıb.
Direktor şikayətində mağazanın satıcısı 40 yaşlı M.B.-dən şübhələndiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.