Üç uşaq atası intihar etdi

Hadisə

Bakıda intihar hadisəsi qeydə alınıb.

xalqxeber.az xəbər verir ki, Xətai rayon prokurorluğundan verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.