Bakıda doğuş zamanı körpə öldü
- 4-05-2020, 18:54
- 1 093
Hadisə ötən gün Dövlət Dəmiryol Xəstəxanasında qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamilə Əliyeva hamiləliyinin 35-36-cı həftəsində xəstəxanaya daxil olub və təcili qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatla onun bətnindən ölü döl götürülüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.