Mingəçevir sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

Hadisə

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Mingəçevir şəhər sakini Surac Abbasovdan müvafiq sənədləri olmayan 16 çaplı, yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.