Şirvanda 39 yaşlı qadın yaşadığı evdə intihar etdi

Hadisə

Şirvan sakini yaşadığı evdə inthar edib...

Hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Belə ki şəhər sakini 39 yaşlı Mehriban Yusif qızı Qasımova yaşadığı evdə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.