Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib
- 27-04-2020, 08:14
- 1 428
Hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.
Qeyri-rəsmi nigah halında yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən 3 bıçaq xəsarətləri yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib.
Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.