Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanılıb
- 15-04-2020, 10:54
- 1 009
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.