“Röyal Bank”ın axtarışda olan direktoru həbs edildi
- 15-04-2020, 01:47
- 1 205
"Yeni Sabah”aistinadən məlumata görə, Cam Fuad Əli oğluna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.
Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Cam Fuad Əli oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Cam Fuad Əli oğlu bir neçə ölkənin vətəndaşlığını daşıyıb. Onu gah ABŞ-da, gah da Dubayda olduğu barədə informasiyalar dolaşırdı.
Xatırladaq ki, Fuad Cam ləğv olunan "Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.