Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib
- 9-04-2020, 14:15
- 1 027
DİN-in Mətbuat Xidmətinin Şəki regional Qrupu verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Zaqatala şəhər sakini Vüqar Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd kibrit qutusunda 7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
V.Çobanovun idarə etditi “VAZ-2109” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən 1 ədəd sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.