Bakıda DƏHŞƏT: - sürücü 16 bıçaq zərbəsi ilə öldürülüb
- 18-03-2020, 12:27
- 1 091
Hadisə paytaxt ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Özünə məxsus yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Əziz Qurban oğlu 16 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Hadisənin kimin və ya kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.