İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
- 11-03-2020, 12:05
- 1 080
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan “İJ-16” markalı və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.