Abşeronda azyaşlı FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Hadisə

Abşeron rayonunda azyaşlının binadan yıxılaraq ölməsi ilə bağlı bədbəxt hadisə baş verib.

Hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində qeydə alınıb.

Belə ki, bina 4, ev 32 ünvanında yaşayan 2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6-cı mərtəbəsindəki 26 saylı mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.