Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı
- 13-04-2017, 14:26
- 111 445
Bu barədə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.
Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb.