DİN qəza nəticəsində ölən 3 nəfərlə bağlı məlumat yaydı
- 6-03-2020, 14:31
- 1 116
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da saat 1 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Elxan Əhmədov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən H.Qurbanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sürücü və sərnişinləri Tural Əsgərov və Şamo Əliyev hadisə yerində ölübər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.