Gədəbəydə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- 5-03-2020, 00:10
- 806
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 34 yaşlı Çingiz İbrahimov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o, oğruluq hadisəsini zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa istintaq zamanı Ç. Poladovun Tovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.