Prokurorluq Şəkidə ölən şəxslə bağlı məlumat yaydı
- 28-02-2020, 12:49
- 848
Şəki Rayon Prokurorluğundan bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, yanvarın 25-də saat 2 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.
Y.Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.
Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.