Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- 21-02-2020, 13:38
- 1 084
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. E. Məmmədov, X. Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə. İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim edilməsi istiqamətidə tədbirlər davam etdirilir.