Bakıda bankir oğlu antibiotikdən ölübmüş - RƏSMİ AÇIQLAMA
- 18-02-2020, 16:11
- 949
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org-a bildirib ki, Təcili Tibbi Yardıma çağırış dünən axşam saatlarında olub:
“Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub. Bu zaman uşaq anafilaktik şok keçirib”.
Qeyd edək ki, vəfat edən yeniyetmə “Bank Respublika”nın sahibi Natiq Quliyevin oğludur. N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.