İsmayıllı sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb

Hadisə

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən “İJ”, Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63” , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.