Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs saxlanıldı
- 5-02-2020, 16:34
- 886
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.