Göygöl sakinində silah aşkarlanıb

Hadisə

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Topalhəsənli kənd sakini, Mərdan Həsənovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd, “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.