16 yaşlı gəlini öldürən əri barəsində qərar verildi
- 31-01-2020, 15:09
- 1 095
Masallı rayon Prokurorluğundan report-a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.
Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.