Ruhi xəstəni maşın vurub öldürdü

Hadisə

Astara rayonunda ruhi xəstəni avtomobil vurub.
Daxili İşlər Nazirliyinə istinadən məlumata görə, aprelin 9-da saat 21 radələrində Astara şəhərində Elvin Qasımzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən şəhər sakini, ruhi xəstə İlkin Soltanovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Astara RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.