Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü
- 8-01-2020, 11:28
- 967
Hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.
Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.
Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.