Türkiyə konsulluğuna hücum - FOTO

Hadisə

Türkiyənin İsveçrənin Sürix şəhərindəki baş konsulluğuna hücum edilib.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, baş konsulluğa hücum edən naməlum şəxslər konsulluğun binasını fişənglər vasitəsi ilə atəşə tutub.

Konsulluğun binasına xeyli ziyan dəyib. Eyni zamanda binanın şüşələri qırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hələlik konsulluğa hücum edən şəxslərin kimliyi müəyyənləşməyib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.