DİN Şəmkirdəki yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə

Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda ölümlə nəticələn yol qəzası ilə bağlı məlumat yayıb.

Yanvarın 6-da saat 9 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Balakən rayon sakini Tural Əhmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.