Şirvanda dəhşətli qəza: Maşın beton lövhəyə çırpıldı, yasa gedənlər öldü
- 27-12-2019, 14:11
- 1 089
Hadisə Şirvanın girişində qeydə alınıb.
“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.
Qəza nəticəsində dörd nəfər ölüb. Ölənlərin üçü qadın, biri kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş.