Bakıda 69 yaşlı qadın klinikada öldü, prokurorluq araşdırmalara başladı
- 26-12-2019, 16:46
- 1 210
Hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.
1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.
Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.