Ağcabədidə iki qadın birləşib, birlik əməkdaşını döyüblər
- 26-12-2019, 15:51
- 942
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.