"Baku Medical Plaza"da xəstə öldü
- 24-12-2019, 17:15
- 999
1950-ci il təvəllüdlü Sevil Zeynalova ağciyər xəstəliyinin kəskinləşməsi diaqnozu ilə noyabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.Qafqazinfo