Direktor şagirdini onu boğan şəxsin əlindən ala bilmədi
Qubada dərs vaxtı məktəbə daxil olan şəxs şagirdi döyərək xəsarət yetirib
Hadisə Quba rayonunda, Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbində baş verib.
Belə ki, kənd sakini Əkbərov Əfqan Elxan oğlu məktəbə gələrək, icazəsiz sinif otağına daxil olub və 17 yaşlı şagird Məhəmməd İsmayılovun üstünə qışqıraraq ayağa durmasını tələb edib.
O, şagirdi təpiklə vurmaq istəyərkən, M.İsmayılov onun ayağından tutub və yerə yıxıb. Ə.Əkbərov ayağa duraraq Məhəmmədin boğazından yapışıb, boğmağa başlayıb. Bu zaman məktəbin direktoru Yusif Dəmirov içəri daxil olub. Məktəb direktoru M.İsmayılovu Ə.Əkbərovun əlindən almaq istəsə də gücü çatmayıb. Səs-küyə digər müəllimlər də gəlib, güclə Məhəmmədi Əfqanın əlindən alıblar.
Boğulma nəticəsində şagirdin vəziyyəti pisləşib və huşunu itirib.
Məhəmmədin valideynləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...