Təmir etdiyi BMV-ni qaçırdı, polis saxladı

Hadisə

Avtotəmir sexlərindən birinin qarşısından BMV markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 6-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşıından BMV markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.