Bakıda evdən 13 minlik pul və qızıl-zinət əşyaları oğurlandı

Hadisə

Bakıda evdən 13 min pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.Ramazanovun ətrafında Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 6000 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.