Ağstafanın baş həkiminin saxlanıldığı xəbəri yayıldı

Hadisə

Bu gün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyevanın saxlanıldığı barədə xəbərlər yayılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun icra başçısı Nizaməddin Quliyevin saxlanıldığı əməliyyat zamanı tutulduğu deyilir.

Xəbəri dəqiqləşdirmək üçün Fatma Vəliyevanın mobil telefon nömrəsinə zəng etsək də, zəngimizə cavab verən olmayıb.