Bakıda oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb
- 18-12-2019, 11:08
- 1 076
DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 7-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Zeynalov olması müəyyən edilib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.