Gömrükdə ölüm: Növbə gözləyən şəxsin ürəyi partladı
- 17-12-2019, 17:50
- 912
Hadisə şahidlərinin Baku.ws-ə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.
Qurumun mətbuat xidmətindən faktı təsdiqlədilər.
Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.
Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.