Bakıda dələduzluq edən qadın saxlanıldı

Hadisə

4 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Ş.Musayeva saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun cari il noyabr ayında Bakı şəhər sakini S.Cabbarovanı aldadıb ondan 500 manat alması da müəyyən edilib.